10 Temmuz 2017 Pazartesi

Sual - Cavab ❤


Salam qızlar, aşağıdakı suallar mənə tez-tez verilən suallardır, siz də, sizə maraqlı olan sualı tapib oxuya bilərsiniz və ya əlavə sualınız varsa "yorum" hissinə yaza bilərsiniz 😊

1.Hardan öyrənmisiz makiyaj etməyi?

Makiyaj etmək üçün xüsusi kursa getməmişəm və ya kimdənsə dərs almamışam. Özüm, öz üzərimdə yoxlayaraq öyrənmişəm, və öyrənməyə davam edirəm 😊


2.Ən sevdiyin tonal krem?


Ən sevdiyim tonal krem , getdiyim yerdən, havadan, fesilden asılı olaraq dəyişir

Məsələn, yay aylarında BB kremlər istifadə edirəm. Favori bb kremlərim - Missha, Maybelline, Garnier, Goldenrose

Özəl bir yerə getdikdə nisbətən örtücü tonal kremlər işlədirəm. Favori tonal kremlərim - Lancome, İdeal makeup, Bourjois


3.Kosmetik məhsullar bölüşürsən kimləsə ?

Bəli, səhifəmdə tez-tez yarışma, müabiqə və çəkilişlər olur, siz də qatıla bilərsiniz 
😊
Amma öz istifadə etdiklərimi, sponge , firçalar və s. istisna olmaqla bölüşürəm.


4.Gələcəkdə özünüzü hansı statusda təsəvvür edirsiniz?

Gələcəkdə inşallah mən yenə buralarda olacam. Bloggerlik mənim üçün keçici bir həvə
olmayacaq. Bu işi davamlı etməyi düşünürəm.


5.Səhifəylə bağlı nə kimi planınız var ?

Səhifəmlə bağlı planım var təbii ki, haı-hazırda həmin planın 5-6 ci maddəsini hazırlayıram. Yəni Blogumu və Youtube kanalımı inkişaf etdirməkdir hal-hazırki məqsədim.

siz də bu işdə mənə kömək olmaq üçün,  məni "takib" edə bilərsiniz 😊


6.Bu işdə 
sizə stimul verən bir şey varmı? Və ya toteminiz varmı?

Bu işdə mənə stimul verən - izləyicilərimin xoş sözləri, mənə inanmaları, güvənmələri və s oldu. Təbii ki yaxınlarımın, dostlarımın dəstəyi də az olmadı 😊


7. Bu işdə mən nə qazandım?

Bu işə başlayan gündən mən, həmişə bunu qeyd edirəm ki, mənim bu işdə heç bir "maddi" marağım yoxdur və bu səhifəmi mən sırf maddi maraq üzərinə qurmamışam. Əgər belə etsəm sözsüz ki, mən də uduzacaqdım

s mən bu işdə nə qazandım?!) Təbii ki , səbrli, anlayışlı, səmimi olmaq kimi çox gözel dəyərlər, yaxşı, bir-birindən gözel insanlar qazandım 😊 Yaxşı ki varsınız!


Biraz da şəxsi suallara cavab verək :


1.Ad günü məsələsinə aydınlıq gətirə bilərsiniz?

Ad günüm bundan əvvəlki yazıda belə qeyd etdim : Doğum günüm - 08.06.1997 , Ad günüm isə - 08.08.1997 dir. Yəni doğulduğum tarıx əslində 8 iyundur. Amma vəsiqədə səhvən 08 avqust yazılıb. Mən də hər ikisini ad günü kimi qəbul edib keçirirəm 
😊 😊

Əslində bu mənim üçün + dir. Bir ad günümə gələ bilməyən digər ad günümə gələ bilir 😃

Və bir də bürcüm - əkizlər , yüksələnim də əkizlər , "double ekizler" bürcüyəm 😃


2.Sacınızda rəng var ?


Saçımda rəng yoxdur, Öz saçımın rəngi qarışıq rəngdir, ağ rəngdən tutmuş, qara rəngə kimi hər rəng tonu tapmaq olar. Lakin, təxminən 2 il əvvəl, sprey istifadə etdim. Məqsədim saç uclarını açmaq idi, amma səhv istifafə etdim deyə yaxşı alınmadı və saçımı yandırdı, ona görə saçımın uc hissələri 1-2 ton açıqdır.


3.Gözünüzdə linza var yoxsa öz gözünüzdür?

Öz gözlərimdi. Rəngi havadan, fəsildən, yerdən, sevincdən, kədərdən, bir sözlə, hər şeydən asılı olaraq dəyişə bilir. Adətən yaşıl, mavi, boz-sarı arasında gedir-gəlir 
😊

Birdə Heç vaxt linza istifadə etməmişəm, amma yoxlamaq istəyərəm, qara rəng necə yaraşar mənə çox maraqlıdır.



4.
Oxuduğun fakültədən razısanmı?
Bəli razıyam, özüm, öz istəyimlə bu fakültəni seçmişəm) Universitet seçimi ilə bağlı isə onu deyə bilməyəcəm, özüm seçmişəm təbii ki, amma nəysə anladınız 
😊


Bu qədər, qızlar , əgər mənə sualınız varsa "Yorum" yazın. Cavablayacam hamısını.

Oxuduğunuz üçün çox təşəkkürlər! Takib etməyi unutmayın




Hiç yorum yok:

Yorum Gönder

Not: Yalnızca bu blogun üyesi yorum gönderebilir.