2 Temmuz 2017 Pazar

Özüm haqqında məlumat



Salam qızlar 

Bloguma xoş gəlmisiniz, ilk postum sadəcə özüm haqqında sizə məlumat verməkdən ibarət olacaq :)
Deməli: Adım Şəms, 1997-ci ildə anadan olmuşam. 8 iyun doğum günüm, 8 avqust isə ad günümdür. Biraz qarışıq məsələdir. Nəysə, əkizlər bürcüyəm. 
Hal hazırda Bakı Dövlet Universitetinin Beynəlxalq Münasibətlər ve İqtisadiyyat fakültəsinde təhsil alıram.   
Boş vaxtlarımda kinolara baxmağı sevirəm, daha çox fantastik, aksiyon, dram janrlarında filmləri sevirəm ve tebii ki cizgi filmlər :)   
İdmanla aram çox yaxşıdır. Uşaqlığımdan bəri idmanla böyümüşəm, texminən 5 ilə yaxın voleybolla məşğul olmuşam ve digər idman növlərinə də marağım var. 
Yəni təxmini 16 yaşıma kimi necə deyərlər "erkek fatma" olmuşam)Daha sonra nail art sonra isə makeup həvəsi gəldi ^-^
Bu işə başlamağımın əsas səbəbkarları isə ətrafımdakı insanlar: dostlarım, qohumlar ve tanışlar oldu. Ve təbii ki, menin ingilis dili müəlliməm. Hər dəfə hazırlığa gedəndə fərqli nail art edirdim, o da hemişə deyirdi ki, Şəms, mütləq səhifə açmalısan :)
Və belə, artıq mən sözün əsl mənasında "blogger" olma addımları atıram. Bu işdə mənə dəstək olduğunuz üçün, yanımda olduğunuz üçün ve bu postu oxuduğunuz üçün sizə çox çox təşəkkürlər 

Hiç yorum yok:

Yorum Gönder

Not: Yalnızca bu blogun üyesi yorum gönderebilir.