14 Ağustos 2017 Pazartesi

MaxFactor smokey eye kit


Salam qızlar, bloguma xoş geldiniz !
Bu gün Maxfactor smokey eye kit haqqında yazacam sizlere 🌹
Sete daxildir:
2 in 1 eyeshadow and brow palette 01
False lash effect mascara
Liquid eyeliner 01 velvet black
Eyeshadow brush

Bu mehsullarla etdiyim makiyaja isə "instagram"profilimde baxa bilersiniz :)




2 in 1 eyeshadow and brow palette - Mende olan 01 rengdir. Ümumiyyetle sete daxil olan rengi özünüz seçe bilersiniz.

Paletin pigmentini sevdim. Rengini yaxşı verir, rahat yayılır. Azca tozlanması var, amma onu bağışlamaq olar 😊
Hem qaş hem göz üçün olan paletdir. Bele böle bilerik: Mat rengler gözler ve qaşlar üçün, parlaq rengler gözler üçün. Açıq rengi ise qaş altını, göz pınarlarını aydınlatmaq üçün istifade oluna biler, bir növ "highlighter" kimi 🌹






False lash effect mascara - Maybelline lash sensational tuşundan sonra hansı tuşu işletsem effekti zeif gelecekdi mene. İlk qurban maxfactor oldu 😁

Mene biraz quru kimi geldi, yada fırçası böyük olduğuna göre fırça sürtülüb çıxır ve üstünde olan-qalanı da silir.
2-3 qat işledende istediyim neticeni ala bilirem. Neyse yeni tuşum gelene kimi bununla idare edecem.





Liquid eyeliner - mende olan 01 velvet black rengidir. Demek olar bu güne kimi işletdiyim eennnn rahat linerdi. Ucunun qalın olmağına baxmayın, çox rahat çekilir. Belke de karandaş kimi olduğuna göre rahat geldi mene.
Ucu biraz qalın olduğuna göre linerin uc hissesini istediyim kimi uzada bilmirem, davamını fırça ile çekmeli oluram.
Çekenden bir neçe saniye sonra quruyur ve tam mat olur. Diger sevdiyim xüsusiyyeti ise tez silinmesidir. 😊 Silende eziyyet çekmirem. Adi salfetle rahat silinir, amma bu o demekdir ki, qalıcılığı azdır. Mene çox qalıcı liner lazım olmadığına göre ( xüsusen de video çekmek üçün ve ya şekil üçün makeup ediremse) menim işime yarayır



Eyeshadow brush - Adi göz fırçasıdır. Tükleri sert deyil. Teni hem tetbiq etmek hem de yaymaq üçün istifade oluna biler 🌹

Ümumilikde bu set haqqında fikirlerim orta oldu. Setin içindekileri beyenme ardıcıllığı ise bu şekildedir:

1. Liquid liner 01 velvet black
2. 2 in 1 eyeshadow and brow palette 01
3. Eyeshadow brush
4. False lash effect mascara

Takib etmeyi ve şerh yazmağı unutmayın :))

10 Temmuz 2017 Pazartesi

Sual - Cavab ❤


Salam qızlar, aşağıdakı suallar mənə tez-tez verilən suallardır, siz də, sizə maraqlı olan sualı tapib oxuya bilərsiniz və ya əlavə sualınız varsa "yorum" hissinə yaza bilərsiniz 😊

1.Hardan öyrənmisiz makiyaj etməyi?

Makiyaj etmək üçün xüsusi kursa getməmişəm və ya kimdənsə dərs almamışam. Özüm, öz üzərimdə yoxlayaraq öyrənmişəm, və öyrənməyə davam edirəm 😊


2.Ən sevdiyin tonal krem?


Ən sevdiyim tonal krem , getdiyim yerdən, havadan, fesilden asılı olaraq dəyişir

Məsələn, yay aylarında BB kremlər istifadə edirəm. Favori bb kremlərim - Missha, Maybelline, Garnier, Goldenrose

Özəl bir yerə getdikdə nisbətən örtücü tonal kremlər işlədirəm. Favori tonal kremlərim - Lancome, İdeal makeup, Bourjois


3.Kosmetik məhsullar bölüşürsən kimləsə ?

Bəli, səhifəmdə tez-tez yarışma, müabiqə və çəkilişlər olur, siz də qatıla bilərsiniz 
😊
Amma öz istifadə etdiklərimi, sponge , firçalar və s. istisna olmaqla bölüşürəm.


4.Gələcəkdə özünüzü hansı statusda təsəvvür edirsiniz?

Gələcəkdə inşallah mən yenə buralarda olacam. Bloggerlik mənim üçün keçici bir həvə
olmayacaq. Bu işi davamlı etməyi düşünürəm.


5.Səhifəylə bağlı nə kimi planınız var ?

Səhifəmlə bağlı planım var təbii ki, haı-hazırda həmin planın 5-6 ci maddəsini hazırlayıram. Yəni Blogumu və Youtube kanalımı inkişaf etdirməkdir hal-hazırki məqsədim.

siz də bu işdə mənə kömək olmaq üçün,  məni "takib" edə bilərsiniz 😊


6.Bu işdə 
sizə stimul verən bir şey varmı? Və ya toteminiz varmı?

Bu işdə mənə stimul verən - izləyicilərimin xoş sözləri, mənə inanmaları, güvənmələri və s oldu. Təbii ki yaxınlarımın, dostlarımın dəstəyi də az olmadı 😊


7. Bu işdə mən nə qazandım?

Bu işə başlayan gündən mən, həmişə bunu qeyd edirəm ki, mənim bu işdə heç bir "maddi" marağım yoxdur və bu səhifəmi mən sırf maddi maraq üzərinə qurmamışam. Əgər belə etsəm sözsüz ki, mən də uduzacaqdım

s mən bu işdə nə qazandım?!) Təbii ki , səbrli, anlayışlı, səmimi olmaq kimi çox gözel dəyərlər, yaxşı, bir-birindən gözel insanlar qazandım 😊 Yaxşı ki varsınız!


Biraz da şəxsi suallara cavab verək :


1.Ad günü məsələsinə aydınlıq gətirə bilərsiniz?

Ad günüm bundan əvvəlki yazıda belə qeyd etdim : Doğum günüm - 08.06.1997 , Ad günüm isə - 08.08.1997 dir. Yəni doğulduğum tarıx əslində 8 iyundur. Amma vəsiqədə səhvən 08 avqust yazılıb. Mən də hər ikisini ad günü kimi qəbul edib keçirirəm 
😊 😊

Əslində bu mənim üçün + dir. Bir ad günümə gələ bilməyən digər ad günümə gələ bilir 😃

Və bir də bürcüm - əkizlər , yüksələnim də əkizlər , "double ekizler" bürcüyəm 😃


2.Sacınızda rəng var ?


Saçımda rəng yoxdur, Öz saçımın rəngi qarışıq rəngdir, ağ rəngdən tutmuş, qara rəngə kimi hər rəng tonu tapmaq olar. Lakin, təxminən 2 il əvvəl, sprey istifadə etdim. Məqsədim saç uclarını açmaq idi, amma səhv istifafə etdim deyə yaxşı alınmadı və saçımı yandırdı, ona görə saçımın uc hissələri 1-2 ton açıqdır.


3.Gözünüzdə linza var yoxsa öz gözünüzdür?

Öz gözlərimdi. Rəngi havadan, fəsildən, yerdən, sevincdən, kədərdən, bir sözlə, hər şeydən asılı olaraq dəyişə bilir. Adətən yaşıl, mavi, boz-sarı arasında gedir-gəlir 
😊

Birdə Heç vaxt linza istifadə etməmişəm, amma yoxlamaq istəyərəm, qara rəng necə yaraşar mənə çox maraqlıdır.



4.
Oxuduğun fakültədən razısanmı?
Bəli razıyam, özüm, öz istəyimlə bu fakültəni seçmişəm) Universitet seçimi ilə bağlı isə onu deyə bilməyəcəm, özüm seçmişəm təbii ki, amma nəysə anladınız 
😊


Bu qədər, qızlar , əgər mənə sualınız varsa "Yorum" yazın. Cavablayacam hamısını.

Oxuduğunuz üçün çox təşəkkürlər! Takib etməyi unutmayın




2 Temmuz 2017 Pazar

Özüm haqqında məlumat



Salam qızlar 

Bloguma xoş gəlmisiniz, ilk postum sadəcə özüm haqqında sizə məlumat verməkdən ibarət olacaq :)
Deməli: Adım Şəms, 1997-ci ildə anadan olmuşam. 8 iyun doğum günüm, 8 avqust isə ad günümdür. Biraz qarışıq məsələdir. Nəysə, əkizlər bürcüyəm. 
Hal hazırda Bakı Dövlet Universitetinin Beynəlxalq Münasibətlər ve İqtisadiyyat fakültəsinde təhsil alıram.   
Boş vaxtlarımda kinolara baxmağı sevirəm, daha çox fantastik, aksiyon, dram janrlarında filmləri sevirəm ve tebii ki cizgi filmlər :)   
İdmanla aram çox yaxşıdır. Uşaqlığımdan bəri idmanla böyümüşəm, texminən 5 ilə yaxın voleybolla məşğul olmuşam ve digər idman növlərinə də marağım var. 
Yəni təxmini 16 yaşıma kimi necə deyərlər "erkek fatma" olmuşam)Daha sonra nail art sonra isə makeup həvəsi gəldi ^-^
Bu işə başlamağımın əsas səbəbkarları isə ətrafımdakı insanlar: dostlarım, qohumlar ve tanışlar oldu. Ve təbii ki, menin ingilis dili müəlliməm. Hər dəfə hazırlığa gedəndə fərqli nail art edirdim, o da hemişə deyirdi ki, Şəms, mütləq səhifə açmalısan :)
Və belə, artıq mən sözün əsl mənasında "blogger" olma addımları atıram. Bu işdə mənə dəstək olduğunuz üçün, yanımda olduğunuz üçün ve bu postu oxuduğunuz üçün sizə çox çox təşəkkürlər